Sədr haqqında
Zəfər Əhmədov
Əhmədov Zəfər Fikrət oğlu 29.11.1972-ci ildə Ağdaş rayonunun Kükəl kəndində anadan olmuşdur. 1979-cu ildə Kükəl kənd orta məktəbinə daxil olub, 1989-cu ildə orta məktəbi bitirmişdir. 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna (hal-hazırki Bədən Tərbiyəsi Akademiyası)daxil olub, 1993-cü ildə institutu bitirib. 1993-1995-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1995-ci ildən DSX-də xidmətə başlamışdır. Gəncə Beynəlxalq Hava Limanında Sərhəd bölməsinin rəisi vəzifəsində çalışmışdır. 2020-ci ilin gevral ayında ehtiyata buraxılmışdır.