Bələdiyyə haqqında

1

Kükəl bələdiyyəsi

12 dekabr 1999-cu ildə keçirilmiş ölkəmizdə ilk dəfə bələdiyyə seçkiləri nəticəsində Azərbaycanda formalaşdırılmış yerli özünüidarəetmə qurumlarından biri də Kükəl bələdiyyəsidir. Kükəl bələdiyyəsinin ilk sədri Xanmusa Əhmədov (1999-2004), ikinci sədri İlham Cəlilov (2004-2009), üçüncü sədri İttifaq Şərifov (2009-2025) olub. Hazırda bələdiyyənin sədri Zəfər Əhmədovdur. Kükəl bələdiyyəsi “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq fəaliyyət göstərir. Həmçinin Kükəl bələdiyyəsi fəaliyyətində bələdiyyələr haqqında qəbul olunmuş Qanunları, Azərbaycan Respublikasının Konstitusiyasını, öz Nizamnaməsindən irəli gələn vəzifələri, sərəncam və fərmanları, tövsiyə və təlimatları əsas tutaraq, işini seçicilərin arzu və istəklərinə müvafiq müəyyənləşdirərək, bələdiyyə iclaslarının qərarlarına uyğun qurur və həyata keçirir.

Əlaqə və Məlumat

Bələdiyyə fəaliyyəti haqqında əlavə məlumat almaq və ya təkliflərinizi bildirmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.